Görkəmli şəxslər Kənan AYDINOĞLU haqqında

Yazdı ATILLA, 25-10-2014, 13:07, в Haqqinda deyilenler

Görkəmli şəxslər Kənan AYDINOĞLU haqqında


“Kənan, oğlum, obrazlılıq lazımdır o da sən də var.Sən əsl şairsən.Sən Nəriman Həsənzadənin davamçısısan.”

Nəriman HƏSƏNZADƏ.
Azərbaycan Respublikasının Xalq şairi.
Əməkdar İncəsənət Xadimi.
21 noyabr, 2009.Bakı şəhəri.

Çox diqqət çəkən haldır ki, "Ömrün yarı yolunda" kitabı Kənanın həyat-tale hesabatı kimi təsir bağışlayır. Bəlkə də müəllif bunu dərk etdiyindən kitaba uyğun ad qoyub. Doğrudan da, kitabdakı şeirlərin çoxu janrından asılı olmayaraq özündə bir haqq-hesab çək-çeviri yaradır. Bu da müəllifin yaşam dünyasından, hadisələrə dəqiq baxışlarından və müqayisələri düzgün apara bilmək bacarığından qaynaqlanır.
Bilirik ki, həyatın qaynar çağları insan fikrinin ən dəqiq anları üçün şərait yaradır. Bədii fikir çox vaxt məhz bu anlarda formalaşa bilir. Bu zəminyaratma həm də bədii fikrə fəlsəfi yanaşma verir. Heç şübhəsiz, gənc şair Kənanın yeni kitabı da bu zəminə əsaslanır. Və ən vacibi, kitabda əsas arqument yaddaş tərpənmələridir; müəllif burada reallığa varid olmağın yolunu ictimai uyarlıqla xarakterizə edir, insanı qeyri-yanaşma girdabından çıxarır. Bu kitab oxucunu daha çox mübariz insan olmağa, kamilləşməyə, müdrikləşməyə təhrik edir. Əbəs yerə deyil ki, müəllif özü də kitab boyu (şeirlərinin çoxunda) insanı ictimai varlıq qayəsində kamil özünüdərk kimi xarakterizə edir.

Hikmət MƏLİKZADƏ.
şair, jurnalist, publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

“İnsan əgər doğulubsa, xoşbəxtdi, özünü axtarırsa, daxili dünyasında baş verən burulğanlardan baş çıxarmağa çalışırsa, kamilləşmə, dünyanı dərk etmə yolundadı.Bütün yolların sonucu isə Allah dərgahında bitir.Allah sənə yar olsun!”.

Rafiq YUSİFOĞLU.
Şair,ədəbiyyatşünas,yazıçı,tənqidçi,tərcüməçi,
Filologiya elmləri doktoru, professor,
Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi.

“Kənan Aydınoğlu hələ çox gəncdir, qarşıda onu gərgin yaradıcılıq illəri, sənət axtarışları gözləyir.Odur ki, bu gün, indilikdə onun şeirlərində redaktəyə ehtiyacı olan ifadələr, təsvirlər, dil, üslub xətaları yox deyil.İnanırıq ki, Kənan sənətdə istədiyinə nail olacaq.Bu yolda ona uğurlar diləyirik”.

Eyvaz EMİNALIYEV.
Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent.
Sumqayıt Dövlət Univeristetinin “Azərbaycan və Xarici Ölkələr Ədəbiyyatı” kafedrasının dosenti.
“Vektor” Beynəlxalq Elm Mərkəzi Mükafatı laureatı

“Onun könül duyğularını oxuyanda dərk edirsən ki, tərbiyənin aşılanması konkret meyar deyil, hisslərin dərk olunması ən birinci şərtdir.
Azərbaycan ədəbi müstəvisində əxlaq kodeksi gənc qələm sahibinin təfsirində çox aydın şəkildə verilir.Bu paralellikdə şair-zaman anlayışı bədii təfsirini itirmədən özünü qabarıqlığı ilə göstərir.
Onun dördlüklərində, qoşma və gəraylılarında bədii səciyyə və tarixi əhəmiyyət bir sıra periodik amilləri özündə mərkəzləşdirir və həmçinin ədəbi düşüncələrinin dinamikası passionar fakt kimi oxucunu düşündürür.İnsan və zaman anlayışı, müəllifin həyat fenomeninə münasiəbti, zənnimcə, bəşəri məfkurəvi hisslərin sinkretikasıdır”.

Məhəmməd NƏRİMANOĞLU.
Şair, yazıçı, publisist.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

Sərh yazmaq
  1. 12 iyul 2019 01:46
    Sitat

    I am so happy to read this. This is the kind of manual that needs to be given and not the random misinformation that's at the other blogs.Ш№Ъ©Ш§ШіЫЊ ШЄШЁЩ„ЫЊШєШ§ШЄЫЊ and Ш№Ъ©Ш§ШіЫЊ ШµЩ†Ш№ШЄЫЊ in our site

    Good Post! Thank you so much for sharing this pretty post, it was so good to read and very useful ШІЫЊЩ†Ъ© Ш±ЫЊЪ† and Ъ©ЩЃЩѕЩ€Шґ ШўЩ†ШЄЫЊ Ш§ШіШЄШ§ШЄЫЊЪ© visit us