Bioqrafiya

Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. "Ömürdən bir səhifə" (Bakı, "Adiloğlu", 2007), "Ömrün yarı yolunda" (Bakı, "MK", 2010), "Anam Təbrizim, Təbrizim!" (Təbriz, "AzərTuran", 2023), "Darıxmışam dostlar üçün..." (Bakı, "Şirvannəşr", 2023) adlı şeirlər kitabının müəllifidir. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) təsisçisi və baş redaktorudur. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsüdür. Təhsildə Araşdırma və İnkişaf Mərkəzi (TAİM) Əlavə Təhsil Müəssisəsinin müdavimidir.

Kitablar

1. "Ömürdən bir səhifə", Bakı, "Adiloğlu", 2007, 84 səhifə, 150 tiraj
2."Ömrün yarı yolunda", Bakı, "MK", 2010, 268 səhifə, 330 tiraj
3. "Anam Təbrizim, Təbrizim!", Təbriz, "AzərTuran", 192 səhifə, 200 tiraj
4. "Darıxmışam dostlar üçün...", Bakı, "Şirvannəşr", 2023, 300 səhifə, 200 tiraj