Günel İSRAİLQIZI."QOY VƏTƏN FƏXR ETSİN, SƏNLƏ, QARDAŞIM!"
QOY VƏTƏN FƏXR ETSİN, SƏNLƏ, QARDAŞIM!
Kənan Aydınoğluna.
Dünyaya sığmayan bir ürəyin var,
Hər misran gövhərdi, ləldi, qardaşım.
“Böyük Allah” adlı bir köməyin var,
Haqq yolu ən doğru yoldu, qardaşım.
Parçalanmış bir millətik bilirəm,
Xalqın qara günlərini görürəm.
İçimdə ağlayıb, üzdə gülürəm,
Nolacaq bu xalqın halı, qardaşım?!
Bəzən sədaqətdən, əhddən yazırsan,
Bəzən də dərdlənib dərddən yazırsan,
Bilirəm, yazanda qəlbdən yazırsan,
Var olsun qələmin, sözün, qardaşım.
Kənan! Çəkməyəsən nə ah, nə aman,
Qəddini əyməsin bu qəddar zaman.
Şeir dünyasında yarat xaniman,
Qoy vətən fəxr etsin, sənlə, qardaşım.
Günel İSRAİLQIZI.
22 aprel 2010.Sumqayıt şəhəri.
Sərh yazmaq