Sona İNTİZAR."DOST MƏKTUBU"

Yazdı ATILLA, 1-11-2022, 09:00, в Haqqinda deyilenler


DOST MƏKTUBU

 

Sinif yoldaşım və həm də qələm dostum Murquzov Kənana

(Kənan Aydınoğluna) Ad günü hədiyyəsi

 

Hörmətli dostumdur, Murquzlu Kənan,

Arxa-dayağımdır hər zaman, hə an.

Ürəyi bir ovuc, olsa da kiçik,

Genişdir dostlarçın hər vaxt, hər zaman.

 

Hərdən məna dolu şeirlər yazır,

Misralar ağlını başından alır.

Vardır ürəyində bir dağ dözümü,

Dayan, bitirmədim hələ sözümü...

 

Yazdığı şeilər bir qığılcım tək,

Adamı aparar sehlri yerə.

Qalarsan “misra və sən”-təkbətək,

Həyat da nağıl tək görünər sənə.

 

İndi də “şairin” sevincli günü,

Keçir həyatından yenə bicə il...

Arzumdur dağlara ucalsın ünü,

Ağlama, ey dostum, göz yaşını sil.

 

Kiçikdi, bilirəm, sənə hədiyyəm,

Lakin qəlbimlə birdir ürək sözlərim.

Düzdür, doluxsundum, bir az qəmginəm,

Bİl ki, şeirimdədir sənin gözlərin.

 

Ey dostum, bir neçə arzum vardır ki,

Demək istıyirəm çox zamandır mən.

Birinci arzum “xoşbəxt olmağındı”,

Rzu eləyirəm səmimi qəlbdən.

 

Həyatında hər an qoy bahar olsun,

Mənalı gözləin sevincdən dolsun.

Əgər inciyəsi olsan həyatdan,

Bu kiçik xatirəm təsəllin olsun.

 

Həyatda irəliləyə bilən addımlarla

Əyilmə nə dosta, nə də ki yada.

Arzuna çatdırsın səni Allahım,

Hər zaman xoş sözlə qalasan yadda.


Sona İNTİZAR

Sərh yazmaq