Gülnarə İSRAFİLQIZI."O tablolar heç vaxt dəyərini itirməyəcək" (Məqalə)

Yazdı ATILLA, 11-11-2014, 20:03, в Haqqinda deyilenler

234435423665547648

İnsanların varlığı çox dəyərlidir.Sadəcə öz varlığından xəbəri olduğu müddət. Hər insanın özünə məxsusluğu var o cümlədən də şair ruhlu, qələm sahibi, söz sahibi olan insanın...
Gənc şair, bəli şair deyəndə ürəklə deyirəm. Əgər bir şeir yaza bilmisənsə sən artıq şairsən. Hər insanın sözünün bir çəkisi, hər sözün də özünün öz dünyası var. İstər tanınmış, istərsə də, tanınmamış olsun.Tanınmaq, sevilmək xalqın ürəyinə xas xüsusiyyətdir. Yalnız onlar sevəcək, tanıyacaq qiymətləndirəcəklər.
Kənan Aydınoğlunun qələmi və daxili dünyası, ayrı ayrılıqda bir kainat olduğunu onun öz əməlləri təsdiqləyir. Hətda daha yaxından tanıdıqda doğmalıq yaradır tanışlıq. Bu yaxınlarda bir neçə nəfərin də onu doğması hesab etdiyinin və hörmət bəslədiyinin şahidi oldum. Şahidi olduğum doğma hiss, məni qarşılıq güdmədən, yaxşılığa cavab almadan gənc şairin ömür yolunun güllü bağçalı, çəmənli, tikanlı seyrinə apardı. Və qərara gəldim ki, ürək sözlərimdən vərəqin üstündə müxtəlif rənglərlə çeşid- çeşid şəkillər çəkim .Nə qədər naxış vursam da, Kənan Aydınoğlu dünyasının gözəl və şərəfli rəsmini çəkə bilməyəcəyimi də çox gözəl bilirəm. İnsanın böyük olması üçün, yaş önəmli deyil. Böyüklük onun daxili aləminin zənginliyindədir. Bu zənginlik isə ruhun pak qalmasından xəbər verir.Onun vətənpərvərliyi, tarixini və bu gününü yaxşı bilməsini əhatə edir. Vətənpərvər ruhu olmayan insanın daxili köləliyi üzə çıxır. Kənan Aydınoğlunun isə daxili azadlığı ona imkan verir ki, həqiqətləri dilində zikr etməkdən, zəlillikdən uzaq olsun. Düşünürəm ki, şairin şairliyi elə daxili dunyasının azadlığındadır. Hər dəfə onun şerlərində bir tarixi həqiqətlər görünür. Azərbaycan, bayraq, torpaq, din, dostluq, sədaqət, dürüstlük, diqqət, azadlıq, səmimiyyət şerlərinin döyünən ürəyini təsvir edir. Onun əxlaqi və mənəvi tərbiyyə tərzi indiki dövrdə tapıntı, bəlkə də, yox tapıntı çox bəsit səslənir.Mən deyərdim ki, dənizlərin, dəryaların dibində dənizi zinətləndirən, mirvari və inci kimi qiymətlidir. Onun köksündə daşıdığı ürəkdə zərrə qədər kimsəyə paxıllıq, kin-küdurət özünə yer tapa bilməyib. Əlində bir çıraq, gecə-gündüz ruhuna yaxın olan yazıçı və şairlərin yollarına çırağın nurunu səpməkdən zövq alıraq asta-asta addımlayır. Əminəm ki, o heç vaxt başqaları kimi kiminsə yoluna daş dığırlamayacaq. Əksinə əlində tutduğu bu çıraq onun özünün də ömür və poeziya yolunu əbədi sonu görünməyən nura qərq edəcək. Addımları yeni bir tablonu yaradacaq...o tablolar isə heç vaxt öz dəyərini itirməyəcək.

Sərh yazmaq
  1. 9 dekabr 2016 01:17
    Sitat

    Вы все верно описали. Мне понравилось
    -----

    http://kinogo-ru.net/filmy-2017-goda/

  2. 11 dekabr 2016 21:26
    Sitat

    Вы очень хороши описали все, мне понравилось


    prokmlm скачать программу

    -----

    активатор windows 7 скачать

    Здесь вы правы как никогда, жаль не все это понимают