"Şəhla Ramazanqızının yaradıcılıq yolu və ədəbi fəaliyyəti"

Yazdı ATILLA, 26-08-2015, 20:00, в Publisistika

"Şəhla Ramazanqızının yaradıcılıq yolu və ədəbi fəaliyyəti"


Qədim tarixi ənənələrə malik olan Azərbaycan ədəbiyyatının özünəməxsus spesifik xüsusiyyətləri, tarixi inkişaf prosesində keçdiyi mərhələləri, yaradıcılıq metodları və fəaliyyəti, müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portalların istifadəyə verilməsi, ədəbi birliklərin yaradılması, mətbu orqanların Çağdaş Azərbaycan ədəbi mühitinin inkişafı yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələrinin bir tərəfdən sayının getdikcə artmasına səbəb olur, digər tərəfdən isə ədəbi-bədii ideya istiqamətinin doğru müəyyən olunmasına mühüm zəmin yaradır.
Son zamanlar Çağdaş Azərbaycan ədəbi mühitində-dövri mətbuat səhifələrində yazıları ilə ardıcıl olaraq, çıxış edən yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələri, eləcə də istedadlı qələm sahibləri içərisində ən çox diqqətimi çəkən gənc xanım yazar Şəhla Ramazanqızıdır.
Ədəbi-bədii yaradıcılığa erkən etibarən, başlayan gənc xanım yazar bədii-pedaqoji fəaliyyətini dava etdirməklə yanaşı, həm də ədəbi mühitdə respublikanın müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakıda yaşayan müxtəlif yaş qruplarına malik olan qələmə sahiblərinin ədəbi-bədii nümunələrini, poeziya örnəklərini, piblisistik qeydlərini Rəhbəri olduğu Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının səhifəsində dərc etməklə, mənəvi dəyərlərə sadiq olduğunu bir daha təsdiq edir.Qısa zaman kəsiyində respublikanın ən sanballı mətbu orqanlarında (“Kaspİ”, “Olaylar”) şeirləri və məqalələri ilə çıxış etməsi isə yaradıcılığının uğurları kimi təzahür edir, həm də genişmiqyaslı tədbirlər həyata keçirilməsinə şərait yaradır.
Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi,Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, DGTYB üzvü, gənc xanım yazar, şairə, jurnalist Gülnarə İsrafilqızının müəllifi və rəhbəri olduğu “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında dərc olunaraq ilk dəfə olaraq, Respublika səviyyəsində ictimaiyyətin nəzərinə çatdırılması, “Vehdet.org” Ədəbi-İslami-Vəhdət” saytının və “Aşıq Şəmşir” Ocağı İctimai Birliyi tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Söz və Amal Birliyi” layihəsi çərçivəsində işıq üzü görən “Söz tonqalı” Türk dünyası yazarlarının antologiyasının birinci hissəsində dərc olunması, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinə üzv qəbul olunması, öz yaradıcılıq manifestini 2013-cü ildə “Zirvə” Nəşriyyatı tərəfindən işıq üzü görən “Qəlbimin sözü” adlı ilk şeirlər kitabı ilə elan etməsi, şeirlərinin Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunması, XX əsrin 80-90-cı illərində Azərbaycan xalqının müstəqillik uğrunda apardığı azadlıq mübarizəsini, Qarabağ münaqişəsinə həsr olunmuş hekayəsinin Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni sayında yayınlanması gənc xanım yazarın ədəbi-bədii ideya istiqamətinin doğru müəyyən olunmasını göstərən növbəti ədəbi fakt kimi geniş oxucu auditoriyasının gözləri önündə canlanır.
Ümumiyyətlə, isə ən qısa zamanda geniş və zəngin yaradıcılıq yolu keçdiyini nəzərə alsaq, böyük məmnunluq hissi ilə deyə bilərik ki, həm nəzm, həm nəsr, həm publisistika, həm də jurnalistika sahəsindəki nümunələri ideya-məzmun, forma sənətkarlıq baxımından biri digərini tamamlayan və sadə xalq dilinə əsaslanan tarixi əhəmiyyətə malik olan ürək çırpıntılarıdır. Ədəbiyyat tariximizdə həmişə aparıcı olan Bədii üslubun həm fonetik, həm leksik, həm də qrammatik səviyyələrindən olan göstəricilərindən böyük ustalıqla istifadə edərək ədəbi-bədii nümunələrini ərsəyə gətirməyə müvəffəq olur.Əsərlərinin dili sadə və anlaşıqlıdır.Klassik üslubda işlənən şeir janrları üçün səviyyəvi olan qəliz ədəb-fars mənşəli alınma sözlərə və izafət tərkiblərə rüst gəlinmir.Bu xüsusiyyətlər də nümunələrin asanlıqla yadda qalmasını təmin edir.
Nəzm sahəsindəki nümunələr daha çıx Aşıq ədəbiyyatında “Məhəbbət şeiri” və ya “Aşiqanə şeir” kimi səciyyələnən qoşmalar ideyasına, həsr olunduğu mövzuya uyğun olaraq, ədədi və həndəsi silsilə kimi qırılmaq bilmədən tarixi ənənələr əsasında formalaşır.Misradaxili bölgüsü isə 6+5 uyğun gəlir.Bəzi hallarda isə çarpaz qafiyələrdən (Ədəbiyyatşünaslıqda buna bəzən Aşıqma qafiyələr də deyilir) istifadə olunur.Rədifləri də qafiyələri kimi, rəngarənliyi və dolğunluğu ilə seçilir.
Müasir Azərbaycan ədəbi dilinin qayda-qanunlarına dərindən bələd olması, bədii təsvir və ifadə vasitələrini yerli-yerində istifadə etməsi, hansı mövzuya həsr olunmasından asılı olmayaraq, ədəbi-bədii nümunələrinin qısa zaman kəsiyində geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanması, müsbət emosiyalar oyatması isə əslində gənc xanım yazarın yüksək potensiala, geniş yaradıcılıq yoluna malik olduğunu göstərən daha bir fakt kimi Çağdaş dönəmdə diqqəti cəlb edir.
Azərbaycanın jurnalistika tarixi haqqında geniş bilgilərə sahib olması, ən son dünya standartlarına uyğun olaraq, qısa müddət ərzində dolğun məlumat hazırlaması, eyni zamanda bir neçə saytda dərc etməklə, ictimaiyyət nümayənlərinə qarşı həssaslıqla yanaşması, dünyanın ən böyük sosial .əbəkəsi olan Facebookda müxtəlif qruplarda paylaşması, portallar ilə əməkdaşlıq əlaqələrinin daha da in kişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər planı hazırlayıb həyata keçirməsi humazim və səmimiyyətin növbəti göstəricisidir.Üzvü olduğu cəmiyyətdə baş verən hadisələrə biganə qalmayan gənc xanım yazar uzun illərdən bəri qəlbinin dərinliyində gizlətdiyi duyğuları zaman-zaman varağa köçürməklə bir növ, öz münasibətini bildirmiş olur.Psixoloji cəhətdən çox böyük aqresiya göstərməyi bacarsa da, hər şeydən öncə öz hisslərinə hakim kəsilməyi bacarır.
Bu mənada humanist prinsiplərə uyğun olaraq, sivilizasiyalararası dialoqun inkişafında mühüm rol oynayır.Gerçəkliyə əsaslanmaqla, həyati əhəmiyyət kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparması isə dünyagörüşü etibarı ilə zəngin təcrübəyə malik olduğunu göstərən növbəti fakt kimi oxucu auditoriyasının diqqətini özünə cəlb edir.İllər uzunu ömrünün sonuna qədər davam edəcək zəngin və geniş yaradıcılıq fəaliyyəti ilə məşğul olması isə daha bir ədəbi faktın-yüksək potensialın, zəngin təcrübənin, tükənməyən bol enerjinin Yaradanların ən gözəli olan Uca Allah tərəfindən öncədən müəyyən edilmiş həyati əhəmiyyət kəsb edən fəlsəfə kimi qəbul olunmasına müsbət zəmin yaradır.İctimai-siyasi əhəmiyyət kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparmaqla, oxucu auditoriyasını düşünməyə vadar etməsi isə gerçək poeziyanın tərkib hissəsi kimi qəbul olunmalıdır. Məhz həmin ədəbi faktlar üzrə xüsusi ədəbiyyat nümayəndəsi kimi ədəbi prosesdə çıxış etməsi ədəbi-bədii ideya istiqamətinin doğru müəyyən olunması yönündə nəzərə çarpacaq fakt kimi qəbul olunur.
XX əsrin doxsanıncı illərinin əvvəllərində Erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına həsr olunmuş şeirlərini isə ümumi mənada “Göz yaşına bürünmüş elegiya” və “Kədərin özünə şərik bir qərib” adlandırmaq mümkündür.Bu qaçhaqaç, qovhaqovlu dünyanın müxtəlif yerlərində cərəyan edən proseslərinə, hadisələrinə öz dərin fəlsəfəsi ilə münasibət bildirməyi unutmaması və bunu əsl vətəndaşlıq borcu kimi layiqincə yerinə yetirməsi yeni nəsil Azərbaycan gəncliyinə olan inam və etiqadın əsas göstəricisi kimi təzahür edir.Laçın haqqında qəlbinin oduyla, qəmə bürünmüş göz yaşları ilə ərsəyə gətirdiyi şeiri isə Çağdaş Azərbaycan ədəbi prosesində son 20 ərzində qələmə alınan “Ən mükəmməl vəsiyyətnamə”si
İlin payız fəslində dünyaya gəlməsi ilə yeni bir mərhələnin başlanğıcını-
sayğıdəyər dostlara mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi üçün
ən son elmi və texnoloji faktlara əsaslanmaqla, yeni bir ədəbi məktəbin bünövrəsini qoyması novatorluq keyfiyyətindən irəli gəlir.
Ən yeni dövr Azərbaycan ədəbiyyatının ikinci mərhələsində yaşayıb, ədəbi-bədii yaradıcılıqla məşğul olan istedadlı qələm sahibi, gənc xanım yazar Şəhla Ramazanqızı gündən-günə forma və məzmun baxımından zəngin və rəngarən olan ədəbi-bədii nümunələr, poeziya örnəkləri ərasəyə gətirməyə müəssər olur.Sonda isə yaradıcılığı üçün səciyyəvi olan istər nəzm, istər nəsr, istərsə də publisistika sahələri üzrə nümunələri ayrı-ayrılıqda şərhinə ehtiyac duyulmadığını nəzərə alaraq,
yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyirəm!

Dərin hörmət və ehtiramla,

Kənan AYDINOĞLU,
14-15 avqust 2015-ci il.Bakı şəhəri.

Sərh yazmaq