Kənan AYDINOĞLU.Xalq şairi Nəriman HƏSƏNZADƏYƏ məktub

Yazdı ATILLA, 19-10-2021, 10:00, в Publisistika


Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

Sevimli Xalq şairimiz Nəriman HƏSƏNZADƏYƏ!

"Atabəylər", "Zümrüd quşu",-
Nərimanın əsəridi.
Hər kəlməsi, hər söhbəti,
Qılıncdan da kəsərlidi.

Açılmaz qapı taybatay,
Şerini barmağınla say,
Doğar günəş, boylanar ay,
Bakımızın XƏZƏRİdi.

Anadı gözün qarası,
Başqadı könül dünyası,
Hər şeiri, hər misrası,-
Döyüntünün xəbəridi.

Sumqayıt şəhəri. 20 noyabr 2009-cu il.

*Şeir yazılmış və növbəti gün Ustadımız Xalq şairi Nəriman Həsənzadəyə
evində müəllifin özü tərəfindən oxunmuşdur.

Sərh yazmaq