Kamran MURQUZOV.”Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığında sinonim sözlər” (TEZİS)

Yazdı ATILLA, 2-03-2020, 11:00, в Publisistika

Kamran MURQUZOV.”Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığında sinonim sözlər” (TEZİS)


Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri
və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Dilçilik şöbəsinin öyrəndiyi mövzulardan biri də Sinonim sözlərdir. Müasir Azərbaycan ədəbi dilinin zənginləşməsi üçün sinonim sözlərin özünəməxsus yeri var. Leksikologiya Sinonim sözlər nəyə deyilir?
Yazılışı və deyilişi müxtəlif olub, eyni mənanı bildirən sözlərə Sinonim sözlər deyilir. Sinonim yunan mənşəli alınma sözdür. “Sinonimus” sözündən götürülb. “Eyni adlı”, “biradlı” mənalarını bildirir.
Lüğəvi və qrammatik sinonimlər bədii əsərlərdə, elmin müxtəlif sahələrinə aid məqalələrdə və s. işlənir. Azərbaycan ədəbiyyatı tarixində istər nəzm, istərsə də nəsr əsərlərində sinonim sözlər özünəməxsusluğu və ifadə etdiyi məna baxımından xüsusilə fərqlənir. Ədəbiyyat tariximizdə “Böyük ömrün dastanı” poemasının müəllifi Xalq şairi Zəlimxan Yaqubun əsərlərində sinonim sözlər digər söz səənətkarları ilə müqayisədə daha çoxdur. Bunun da əsas səbəbi müəllifin Müasir Azərbaycan ədəbi dilinin qayda-qanunlarını dərindən bilməsi və lüğət tərkibinin zənginiliyi ilə əlaqələndirmək olar:

Səhrada, çəməndə, güldə, çiçəkdə,
Barda, bərəkətdə, duzda, çörəkdə,

Və ya

Kökü qədimdən qədim, Adəmdən, Nuhdan gəlir,
Qarışıb qandan keçir, süzülüb ruhdan gəlir.

Ümumiyyətlə, müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibində daha çox işlənən sözlərdən biri sinonim təkrarçılığın qarşının alınmasına və cümləyə məna çalarlığı, üslubi rəngarənglik gətirir.

Bakı şəhəri. 28 noyabr 2017-ci il

Sərh yazmaq