“Zərrələr”in işığına toplaşan yazarlar
Yeni nəsil Azərbaycan gəncliyinin Çağdaş Azərbaycan ədəbi mühitində tanıdılması, əsərlərinin geniş oxucu auditoriyası tərəfindən müsbət rəğbətlə qarşılanması istiqamətində "Zərrələr" antologiyasının mühüm yeri var.Respublikanın müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakıda yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan müxtəlif yaş qruplarının nümayəndələrinin bir araya gətirilməsi, ölkənin aparıcı mətbu orqanlarında ilk qələm təcrübələrinin dərc olunması, müxtəlif ədəbi orqanlara üzv qəbul edilməsi, ədəbiyyat sahəsində xidmətlərinə görə istedadlı gənc yazarlara dəstək məqsədilə verilən birillik president təqaüdünə layiq görülməsi, müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portalların redaksiya heyətinə Fəxri üzv və əməkdaş götürülməsi, ədəbiyyat portallarını təsis etməsi və rəhbərlik etməsi ən ümdə gedən spesifik cəhət kimi oxucunun gözü önündə canlanır.Belə ki, antologiyanın ümumi yaradıcılıq məhsulu olduğunu nəzərə alsaq, böyük məmnunluq hissi ilə deyə bilərik ki, dünya ədəbiyyatı tarixində mövcud olan geniş təcrübə, ən son müasir standartlara cavab verən yeni yaradıcılıq metodları və ədəbi cərəyanlar da özünü ən xırda detalları ilə biruzə verir.Təbii ki, adı çəkilən antologiyada müxtəlif bölgələr üçün səciyyəvi olan spesifik xüsusiyyət və adət-ənənələrin özünü qabarıq şəkildə biruzə verəcəyi heç də qaçılmaz deyil.Əslində isə deyilənlərin hər biri normal bir hal kimi ictimaiyyət nümayəndələri tərəfindən rəğbətlə qarşılanmalıdır.Ən sadəsi ona görə ki, Ədəbiyyatsevərlər üçün uzun zəhmətdən sonra ərsəyə gələn yaradıcılıq məhsulu kimi oxucu fikrini gözləyir.Ən azı səmimiyyət üzərində qurulub.
Mövzu-ideya, forma-məzmun baxımından ən mükəmməl ədəbi-bədii nümunələr adlanmağa layiq olan həmin əsərlər-yazarların könül çırpıntıları və duyğuları ümumbəşəri fikirlərin carçısı kimi təzahür edir.Daha çox xalq şeiri üslubunda yazılan nümunələr həmin fikirləri ədəbi fakt kimi təsdiqləməklə yanaşı, eyni zamanda gələcək böyük ümidlərin və inamların formalaşması baxımından geniş mənada tarixi hadisəyə çevrilir.Təbii ki, “Zərrələr“ antologiyasının müxbət cəhətləri daha çoxdur.Fikrimi təsdiləmək məqsədilə bu yaxınlarda daha dəqiq desək, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdən Paytaxta... Paytaxtdan Bölgələrə“ adlı layihə çərçivəsində “Nurlan“ nəşriyyatı tərəfindən işıq üzü görən “Bölgələrdən səslər“ kitabının ikinci hissəsində ayrı seçkiliyə yol verilməsini nümunə gətirə bilərik. “Bölgələrdən səslər“ kitabının ikinci hissəsindən fərqli olaraq, “Zərrələr“ antologiyasında heç bir ayrı seçkiliyə yol verilmir. Sərh yazmaq