Kənan Aydınoğlunun şeiri "Şeirin yurdu" antologiyasında işıq üzü görüb
"Mücrü” Nəşriyyatı tərəfindən gerçəkləşdirilən layihə çərçivəsində "Şairin yurdu" antologiyasında Azərbaycan Yazıçılar Birliyinin üzvü Kənan Aydınoğlunun "Qadın ağlamaqçün yaranmayıbdı..." adlı şeiri yer alıb.
Layihənin rəhbəri və müəllifi “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəli, redaktoru isə istedadlı yazıçı Xanım Aneladır.
45 müəllifin şeiri və bu şeirlərə aid hekayətlərin yer aldığı kitab “Mücrü” nəşriyyatında nəşr edilib.
Oxucular üçün bu kitab müasir Azərbaycan poeziyasının səhnə işığı kimidir, hər şair ömrünün bir epizoduna işıq salır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Sərh yazmaq