Gənc yazar Kənan Aydınoğlu cənab Prezidentə rəsmi məktub göndərib

Yazdı ATILLA, 2-11-2015, 12:00, в Xeberler



1 noyabr 2015-ci il tarixində Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzü, gənc yazar Kənan Aydınoğlu yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin inkişafına dəstək olmaq üçün ədəbi-bədii nümunələri özündə cəmləşdirəcək
“Gənc nəslin nümayəndələri” antologiyasının işıq üzü görməsinə maliyyə dəstəyi göstərməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə rəsmi məktub göndərib.Həmin məktubu olduğu kimi təqdim edirik:

“Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarına!

Çağdaş Azərbaycan ədəbiyyatının tərkib hissəsi olan yeni nəslin nümayəndələrinin ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmasına, Çağdaş Azərbaycan ədəbi mühitində yeni-yeni ilk addımlarını atan gənc yazarların könül duyğularının,
ürək döyüntülərini ictimaiyyətə aşılanmasına böyük ehtiyac var.Bunu nəzərə alaraq, Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi olaraq, Sizdən xahiş edirik ki, bu mühüm əhəmiyyət kəsb edən layihənin həyata keçirilməsi və gerçəkləşməsi üçün yetişməkdə olan yeni nəsil Azərbaycan gəncliyinin inkişafına yenidən böyük dəstək verəsiniz.
Uca ALLAH Sizi və bütün ailə üzvlərinizi qorusun!

Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
təsisçisi və baş redaktoru,
Azərbaycan Jurnalistlər Birliynin üzvü.
Bakı şəhəri.1 noyabr 2015-ci il.”

Sərh yazmaq