Kənan Aydınoğlunun şeirləri “44 GÜN” ədəbi-bədii topluda işıq üzü görüb
“Mücrü” Nəşriyyatının 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun qələbəsi münasibətilə gerçəkləşdirdiyi yeni layihə çərçivəsində “44 GÜN” ədəbi-bədii topluda işıq üzü görüb.
Müxtəlif yaş qrupuna məxsus şair və yazıçıların əsərlərinin yer aldığı topluda Azərbaycan Yazıçılar Birliyinin üzvü Kənan Aydınoğlunun da "ALLAHın dərgahında Şəhidin öz yeri var!", "Qarabağ AZƏRBAYCANDIR!", "Qarabağ bayatıları" şeirləri yer alıb.
Qeyd edək ki, sözügedən layihənin əsas məqsədi çağdaş Azərbaycan ədəbiyyatında qələbə ruhlu şeirlərin yazılmasına və nəşrinə, eyni zamanda qələbəmizin təbliğatına dəstək, Qarabağ zəfərinə yaradıcı müstəvidə münasibəti üzə çıxarmaqdır.
Sərh yazmaq