Azərbaycanlı gənc yazar Kamran Murquzovun məqaləsi “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin aprel sayı işıq üzü görüb

Yazdı ATILLA, 1-05-2021, 09:00, в Xeberler

Azərbaycanlı gənc yazar Kamran Murquzovun məqaləsi “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin aprel sayı işıq üzü görüb


[center]Azərbaycanlı gənc yazar Kamran Murquzovun məqaləsi “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin aprel sayı işıq üzü görüb
[center]

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovun "Xalq şairi Xəlil Rza Ulutürkü anarkən" adlı məqaləsi "Gənclər Şəhəri" doğma Sumqayıtda fəaliyyət göstərən Süleyman Rəhimov adına Qubadlı rayon Ədəbi-İctimai Birliyinin aylıq mətbu orqanı “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin aprel sayı işıq üzü görüb.

Qeyd edək ki, bundan öncə gənc yazar Kamran Murquzovun şeirləri və məqalələri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək”, "Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək" layihələri çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətindəki “Kümbet”, “Usare”, ”Hece Taşları”, “Kardelen”, dərgilərində, “Önce Vatan” qəzetində, İran İslam Respublikasındakı "Xudafarin", "Ədəbi Körpü" dərgilərində Türkiyə türkcəsində və fars dilində dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılıb.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

Sərh yazmaq