Kənan AYDINOĞLU."Bu dünya"

Yazdı ATILLA, 29-09-2016, 08:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Bu dünya"


Ağlasan inan ki, ömür uzunu,
Axan göz yaşını silməz bu dünya.
Bəşərə bir qiymət verməyibdisə,
Sənin də qədrini bilməz bu dünya.

Uğrunda canınnı qoydunsa-hədər,
Dağılmaz gözündən ayrılıq, kədər.
İnsafda olmaz heç göz yaşı qədər,
Can deyib, can deyib ölməz bu dünya.

Oxu, gəl, şerimin yeni sətrini,
Yağışda üstünə tutmaz çətrini.
Sevdinsə Allahı, sevməz xətrini,
İnsafa, mürvətə gəlməz bu dünya.

Doğmalar dərdinə yansa da belə,
Bir kəlmə önündə donsa da belə,
Təbəssüm dodağa qonsa da belə,
Üzünə, üzünə gülməz bu dünya.

Sərh yazmaq
Страница 1 ... 3 4 5 6 7 8 9 10 11 ... 15»