Kənan AYDINOĞLU."Cənubdan şimala bir qatar gəlir"
“Sənədi pozmağa bu gün hünərlə,
Şimalda sərhəddə dayanır qatar”.
Müəllif
Cənubdan şimala bir qatar gəlir,
O taydan bu tayı salamlamaqçün.
Çiynində portfeldə bir xabar gəlir,
Qardaş tonqalını qalamaq üçün.
Tökülüb gözlərdən qardaş həsrəti,
Kim bilir bu görüş baş tutacaqmı?!
O tayın bu tayla görüş xəbəri,
Ustad Şəhriyara heç çatacaqmı?! Sərh yazmaq