Kənan AYDINOĞLU."Gülərüzlü Aylinin"
Təranə bibimin şirin-şəkər nəvəsi Aylinə sevgi və sayqılarla!
Gülüşünə heyranam,
Gülərüzlü Aylinin.
Müəllif
Sevinc var gözlərində,
təbəssüm yanağında.
Nur parçasıdı şükür,
Gülüşü dodağında.
Sehirli bu dünyada,
Daimi üzü güləcək.
Sevib sevən kəsləri,
Hər an xoşbəxt görəcək.
Üzərində olacaq,-
Tanrının mərhəməti.
Tanrı əskik etməsin,-
Qəlbindən məhəbbəti.
Ömrü boyu dünyada,
Yenə düşəcək yada.
Ruhuna və canına,
Heç zaman gəlməz qada.
Tanrı da yuxusuna,
Şirin-şəkər qatacaq.
Ana layla dedikcə,
Mışıl-mışıl yatacaq.
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Bakı şəhəri.22 iyul 2017-ci il. Sərh yazmaq