Kənan AYDINOĞLU.”Gəncə həsrətindən saçını yolur”

Yazdı ATILLA, 1-11-2016, 11:00, в Edebiyyat

Kənan AYDINOĞLU.”Gəncə həsrətindən saçını yolur”


Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Gözümün önündə indicə, qardaş,
Tarix varaqlanır bir kitab kimi!
Bu dünya yenə də qəriblərdəndi,
Ömrümə yazılan bir əzab kimi.

Deyirlər Təbriz də Gəncəmiz kimi,
Ana torpağıma dayaq olubdu.
Həsrət də, nisgil də şair ömrümə,
Gör neçə ildi ki, qonaq olubdu.

Babək, Koroğlular yetirib Vətən,
Meydanda döyüşüb, candan keçiblər.
Vətən uğrundan şəhid olmağı,-
Özünə ən böyük şərəf seçiblər.

Vaxt olub, Ərdəbil Marağam kimi,
Ağlayıb, ağlayıb gözləri dolub.
İranda-Təbrizdə Milli qəhrəman,
Yetişib, adı da Səttarxan olub.

Ustad Şəhriyarın yolun gözləyib,
Güllər də bağçada, saralıb, solur.
Təbrizin göz yaşı qurumur deyə,
Gəncə həsrətindən saçını yolur.

Bakı şəhəri.29 oktyabr 2016-cı il.

Sərh yazmaq
  1. 4 iyul 2018 14:11
    Sitat

    I am so grateful for your article.Really looking forward to read more. Great. Devayani