Kənan AYDINOĞLU.”Gözəl şairim mənim, Sizə Salamlar olsun!”

Yazdı ATILLA, 3-10-2016, 08:00, в Edebiyyat

Kənan AYDINOĞLU.”Gözəl şairim mənim, Sizə Salamlar olsun!”


Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Nəğməkar-şairə Zeynəb xanım Dərbəndliyə sevgi və sayqılarla!

"Dəmir qapı" Dərbəndi yadına salıb, gələn,
İlahi gözəllikdən ilhamın alıb, gələn,
Qədim diyarda yenə xəyala dalıb, gələn,
Gözəl şairim mənim, Sizə Salamlar olsun!

Tarixi varaqladım qədim bir kitab kimi,
Dünya göründü mənə qaçılmaz əzab kimi,
Muğamı da dinlədim, diyarda rübab kimi,
Gözəl şairim mənim, Sizə Salamlar olsun!

Gəl danışım sənə mən,yurdumuzda gözəldən,
Ana yurdun hüsnünə heyran oldum əzəldən.
Gəl danışma sən mənə, məsnəvidən, qəzəldən,
Gözəl şairim mənim, Sizə Salamlar olsun!

"Koroğlu" dastanında adı var Dərbəndimin,
Haqqın nuru görünür şerimdə hər bəndimin.
Tarixinə bələdəm: rayonumun, kəndimin
Gözəl şairim mənim, Sizə Salamlar olsun!

21 avqust 2016-cı il.Ağstafa

Sərh yazmaq