Kənan AYDINOĞLU."Duraydım yanında səssiz-səmirsiz"
Bəzən də oturub düşünürəm ki,
Salammı söyləyək keçən günlərə?!
Qəlblərdən süzülüb xatirə kimi,
Narahat boylanan köçən günlərə.
Axı ömrümüzün dünən, bu günü,
Gəlib qapımızın önündə durur.
İnan ki, özümdən qabaq qələmim,
Gizlində də “Sevgi sarayı” qurur.
Yeni söz ordumun hər bir əsgəri,
Yolunu gözləyir səndən xəbərsiz.
Qayıdıb gəlsəydin sarayına sən,
Duraydım yanında səssiz-səmirsiz. Sərh yazmaq