Kənan AYDINOĞLU.”Demədim ki, apar məni”
Könül dünyamdan ayırıb,
Demədim ki, apar məni.
Qonsam güllərin üstünə,
Sən oradan qopar məni.
Fəqət boyun əyməm yada,
Bilirəm ki, o qan-qada,
Fani olan bu dünyada,
Hey, istəsə tapar məni.
Dağ başından qar atmasa,
Ay görüb, günəş batmasa,
Allah köməyə çatmasa,
Yalqız bir it qapar məni.
Sərh yazmaq