Kənan AYDINOĞLU.”Hər aylı-ulduzlu gecədə bəlkə”

Yazdı ATILLA, 16-08-2016, 08:00, в Edebiyyat

Kənan AYDINOĞLU.”Hər aylı-ulduzlu gecədə bəlkə”


Hər aylı-ulduzlu gecədə bəlkə,
Sən mənim könlümə həyan olassan.
Darayıb telini gözüm önündə,
Mənim xatirimdə belə qalassan.

Atalı-analı dünyanın özü,
Səni qayğısına bürüyəcəkdi.
Sənin dodağından bircə ah çıxsa,
Qar da bir buz kimi əriyəcəkdi.

Gecə də, gündüz də narahat olub,
Səni axtaracaq illər uzunu.
Sənsizliklə keçən bir ömrün günü,
Bəlkə əridəcək yerin üzünü.

Sən gəlsən yanıma mənim ömrümdə,
Bir eşqin çırağı sönüb-yanacaq.
Səhərdən-axşama narahat könlüm,
Bu gün də,
bu gün də səni anacaq.

Sən döyüb qapını gəlsən yanıma,
Mən özgə qayğıdan azad olacam.
Adına yazdığım neçə şeiri,
Tək sənə oxuyub evdə qalacam.

*Bu şeir Sumqayıt şəhərində fəaliyyət göstərən “Yeganə yol” qəzetinin 14 aprel 2010-cu il tarixli sayında çap olunub

Sərh yazmaq