Kənan AYDINOĞLU.”Keçilməz sədləri yarıb, gəlmişəm”

Yazdı ATILLA, 9-08-2016, 08:00, в Edebiyyat

Kənan AYDINOĞLU.”Keçilməz sədləri yarıb, gəlmişəm”


Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Allaha sığınıb, həyatı boyu,
Keçilməz sədləri yarıb, gəlmişəm.
Ustadım Yunus tək illər uzunu,
Bu qərib dünyanı yorub, gəlmişəm

Gözümü açandan “Quran”ı gördüm,
Bir vaxtlar Muğanı, Aranı gördüm,
Türkün diyarında TURANI gördüm,
Dostların halını sorub, gəlmişəm

Kədərlə üz-üzə qalmışam mən də,
Allahı yadıma salmışam mən də,
İlhamım Məkkədən almışam mən də,
Uzaq bir səfərdən durub, gəlmişəm

Çox gördüm “dostların” gerçək üzünü,
Öyrəşdim deməyə sözün düzünü.
Ayırdım dostların əlli, yüzünü,
Sevgi sarayımı qurub, gəlmişəm

Keçməsin, illərim Yurddan güzarda,
Son günüm qalacaq mənim məzarda,
Şəhriyar Ustadım, Ulu diyarda,
Sevib, bəndələri gülüb, gəlmişəm.

Sərh yazmaq