Kənan AYDINOĞLU.”Axı sən gələndə başqadı dünya”

Yazdı ATILLA, 4-08-2016, 09:00, в Edebiyyat

Kənan AYDINOĞLU.”Axı sən gələndə başqadı dünya”


Sən gələn yollara gərək sevinib,
Xəbəri göndərim özümdən qabaq.
Gəl, harda qalmısan darıxdım sənsiz,
Ürəyim söyləyir gözümdən qabaq?!

Axı sən gələndə başqadı dünya,
Narahat duyğular yerdə qalmayır.
Kim sənə dedi ki, sənin gözündən,
Şairin qələmi ilham almayır?!

Gəlməsən, yolları şair ilhamım,
Özümdən də əvvəl fəryad qoparar.
Nə bilim, bəlkə də sənin göz yaşın,
Mənim hisslərimi haqqa aparar?!

Sərh yazmaq