Kənan AYDINOĞLU."Yormadımı dünya Səni?!"

Yazdı Delphi7, 13-09-2023, 08:00, в Edebiyyat



 


Gömrük bəyannaməçisi Əmrah qardaşımıza


Özü dağılmağa məhkum,

Qurmadımı dünya Səni?!

NAXÇIVAN ürəyimizkən,

Vurmadımı dünya Səni?!

 

Ömür-gün yaşansa, bütün,

Qarışıq düşübdü düyün, 

Süleyman mülkündə bu gün,

Sormadımı dünya Səni?!

 

Üzə açıq bir dərgah Sən,

Xoş əməldən də agah Sən,

Söylə görək, ay ƏMRAH, Sən,

Yormadımı dünya Səni?! 

 

Bakı şəhəri. 10 avqust 2023-cü il.

Sərh yazmaq