Kənan AYDINOĞLU."Naxçıvan müqəddəs torpağa döndü"
Gömrük bəyannaməçisi Nail Zeynalova
Mərhəmət hissini pay göndər bizə,
Vermə hökmdarlıq çaş-başa, ALLAH!
Tarixi-qədimdən üzü bəriyə,
Dağ dağa söykəndi, daş daşa, ALLAH!
Nə qədər şairlər gəldi dünyaya,
Biri köç edəndə dünya dolmadı.
"Quran"da nəbi var, məsəl, hekayə,
Nuhun gəmisindən xəbər olmadı?!
Ulu torpağımız-AZƏRBAYCANın,
Canın parçası-NAXÇIVAN imiş.
"Dəmir qapı" Dərbənd yada düşmədi,
Qapını açası-NAXÇIVAN imiş.
Şair Məmməd ARAZ, Vətən eşqinə,
Qələm yorulmadı, tükənmədi söz.
Ustad Cəlil kimi sənətkarımız,
Açmışdı dünyada bu torpaqda göz.
Güzarım düşmədi mənim də söylə,
Kitaba sarılan ilk gündən bəri?!
Mən özüm qovmuşam həyatım boyu,
Qapıdan böhtanı, xeyiri, şəri.
Bizim qəlbimizdə közərməzmi qor?!
İlahi eşq özü ocağa döndü.
Həzrəti Nuhun da dövründən bəri,
Naxçıvan müqəddəs torpağa döndü.
Bakı şəhəri. 18 iyul 2023-cü il.
Sərh yazmaq