Kənan AYDINOĞLU."Kitab yazılanda ürək şad olur"
Gömrük bəyannaməçisi Rəşad Salahova
Müqəddəs qələmin eşqinə düşüb,
Sözü dağ yaranda, daşdan keçəcək.
Gözəllik arayar gül, çiçəkdə də,
İlk şeiri, ilk sözü özü seçəcək.
Dolaşar obanı, dolaşar eli,
Bahar nəsiminə bənzəyən kimi.
Nə yerə sığacaq, nə göyə axı,
Bir sözü dünyanı bəzəyən kimi.
Hayana getdimsə, həyatım boyu,
Sevənin gözündə "Şair" oldum mən.
Yaxşı ki, Sənintək dostum var mənim.
Özün varaqladın bu kitabı-Sən.
Sınaqla doluymuş bu gözəl dünya,
Sirri açılmadı sirli dünyanın.
Əlini yuyan yox, gözünü silən,
Ürəyi gözündən kirli dünyanın.
Bu da bir taleyin töhfəsi imiş,
Sevməyi öyrənməz, doğma yad olur.
Bir az ərköyündü şairlər deyə,
Kitab yazılanda ürək şad olur.
Bakı şəhəri. 18 iyul 2023-cü il.
Sərh yazmaq