Kənan AYDINOĞLU.”Gəncəmizin rəsmini çək”
Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bədii yaradıcılıq fəaliyyətində Gəncəyə xüsusi yer ayıran, şeirlərini və hekayələrini böyük məmnunluq hissi ilə oxuduğum, müəllifin Gəncə ilə bağlı şeirlərini “Gəncədə yazılan şeirlər” deyə adlandırdığım Canım Bacım Şəfa Vəliyevaya xüsusi minnətdarlıq hissi ilə
Azərbaycan-Ana torpaq,
Vaxt olub ki, vahid olub.
Qədim Gəncənin qapısı,
Tarixlərə şahid olub.
Nizaminin, Məshətinin
şeirləri dodaqdadı.
“Xosrov, Şirinin” dastanı,
Gəncəmizdə-ocaqdadı.
Saraylarda əyanlar da,
Gəncəmizə heyran qalıb.
Nizami öz ilhamını,
Axı Gəncəmizdən alıb.
Ruhuma dopdoğma hisslər,
Gəncədə könlümdən keçib.
Şükür olsun Ulu Tanrı,
Gəncəmizdə Sizi seçib.
Kimlər gəldi bu dünyaya,
Nizami qüdrətində bəs?!
Ecazkardı təbiəttək,
Bunu görüb, bilsin hər kəs.
Bambaşqadı nə aldadım,
Gəncədə açılan səhər.
Özümü şahidi olmuşam, –
Gəncə əzəmətli şəhər
Gəncəyə aşiq olmuşam,
Yar əğyara vurulan tək.
Ey könüllərin aşiqi,
Gəncəmizin rəsmini çək.
Çox sevindim, nə aldadım,
Yaz fəslinin son günləri,
Gülnar “toyu”-deyir oldu.
Qəlbinin süzülən şeir,
Gəncə haqqında yazılan,
Ən sevdiyim şeir oldu
Dərin hörmət və ehtiramla,
Bakı şəhəri.30 iyun 2016-cı il. Sərh yazmaq