Kənan AYDINOĞLU."Öz sevgini buldunmu Sən?!"
Azərbaycanın el şairəsi Sona İNTİZARA
Bu dünya örtülü bazar,
Yada düşər giley-güzar,
Özünsən-Sona İNTİZAR,
Bulud kimi doldunmu Sən?!
Gözündə nisgil və kədər,
Başlasa, bitərmi səfər?!
Şehli çəməndən bu səhər,
Gül-çiçəkdən yoldunmu Sən?!
Yazaydın qoşma, qəzəli,
Olmaya dünya məzəli?!
Söylə görək, el gözəli,
Öz sevgini buldunmu Sən?!
Bakı şəhəri. 4 yanvar 2023-cü il.
Sərh yazmaq