Kənan AYDINOĞLU."Dünyadan küsərəm, Səndən küsmərəm!"
“Məni öz canından artıq istəyən
Ellərdən küsərəm, səndən küsmərəm!”.
Mikayıl MÜŞFİQ.
Şair dostum Sona İNTİZARa
Sən mənim həyatda şair dostumsan,
Dünyadan küsərəm, Səndən küsmərəm!
Qəlbimdə əbədi umu-küsü yox,
Dünyadan küsərəm, Səndən küsmərəm!
Hələ ki, yaşayır ruhum bədəndə,
Meylim dağ döşündə, şehli çəməndə,
Bizə qoşa doğulduq Ana Vətəndə,
Dünyadan küsərəm, Səndən küsmərəm!
Sən mənim İNTİZAR, el şairimSən,
Güllərdən gözəlSən, gül şairimSən,
Tellərin içində tel şairimSən,
Dünyadan küsərəm, Səndən küsmərəm!
Ellərə dayaqSan, ruzigarımSan,
Hər sözün nəğmədi, nəğməkarımSan,
Sənət meydanında XiridarımSan,
Dünyadan küsərəm, Səndən küsmərəm!
Ömür yaşamışıq qəmlə həm də şən,
Kənanın könlünü alan SənSən Sən,
Ən böyük oxucun bu dünyada mən,
Dünyadan küsərəm, Səndən küsmərəm!
Bakı şəhəri. 16 dekabr 2022-ci il.
Sərh yazmaq