Kənan AYDINOĞLU."İNTİZAR-Sən şerimin ən gözəl misrasısan!"

Yazdı ATILLA, 2-12-2022, 10:00, в Edebiyyat



* * *

                                                       

Qələm yoldaşım Sona İntizara.

 

İNTİZAR-Sən şerimin ən gözəl misrasısan!

Şeir, sənət yolunun böyük sənətkarısan!

 

Dərdli-kədərli üzdə, sevincli günlərimdə,

Ömür-gün yollarımın tez açan baharısan!

 

Neçə illərdən bəri tarixi günlər görən,

Cəllada baş əyməyən dağların vüqarısan!

 

ƏLƏSGƏR, ŞƏMŞİR kimi ustad sənətkarların,

Miras qoyub getdiyi şair yadigarısan!

 

Yazdığın şeirlərdən neçə qəlbə yol tapan,

Qədim ŞİRVAN elinin şair-İNTİZARISAN!

                             Aprel, 2008.

Sərh yazmaq