Kənan AYDINOĞLU."İstərəm gözəlliyi Sənin gözündə görəm!"
Dəyərli Xanıməfəndi Elnarə Kamil qızı Məhərrəmliyə
Şairlər Ana yurdda gözləri seyr edərmiş,
Təbəssümün bir kərə körpəni kiridərmiş,
İncə gülüşün belə dağları əridərmiş,
Mən Səni dünyada yox, Səni özündə görəm!
Əsli Kərəm eşqinə kövrəldi, gözü doldu,
Aşiq məşuqəsiyçün butayla bir eşq buldu,
Natəvanın beşiyi-Müqəddəs Şuşa oldu,
Səni Nigar Anamın qəzəl, sözündə görəm!
Gözəllərin içində Səni gözəllər çəkər,
Rəssamın qələmi da Səni tabloya çəkər,
Günəşdən də gözəlSən, ay da həsrətin çəkər,
İstərəm gözəlliyi Sənin gözündə görəm!
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü.
Bakı şəhəri. 23 noyabr 2022-ci il.
Sərh yazmaq