Kənan AYDINOĞLU."Yolunu gözləyir bu torpaq sənin"

Yazdı ATILLA, 26-11-2015, 21:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Yolunu gözləyir bu torpaq sənin"


Bağlanan sərhədə dirəklər çəkmək,-
O tayın, bu tayın həsrəti oldu.
Ustad Nizaminin böyük heykəli,-
Bir qəlbin bir qəlbə hörməti oldu.

Üstündən nə qədər ötüşdü illər,
Nə sözün kəsildi, nə də əsərin.
Tökdü göz yaşını əsrlər boyu,
Geniş xatirəli ayna Xəzərin.

Tehran da, Təbriz də yanaşı durub,
Yolunu gözləyir, yolunu, şair!
O tay da, bu tay da unudarmı heç,
Bir şair oğlunu, oğlunu, şair?!

İnan ki, torpağın ehtiyacı var,
Sənin tək alovlu yanar bir cana.
Bəs niyə qayıdıb gəlmirsən, denən,
“Şairlər torpağı Azərbaycana?!”.

Gərək ki, şerinin hər bir kəsəri,
Bir elin-obanın dağ-daşı olsun!
Haraylı şeirin Kövkəb ananın,-
Yanaqdan süzülən göz yaşı olsun!

Sərh yazmaq
  1. 26 oktyabr 2016 23:16
    Sitat

    Виагра – поможет вернуть утраченную половую функцию, которая появилась на фоне психологических, органических или смешанных проблем - купить сиалис в интернете