Kənan AYDINOĞLU."Sən mənə dedin ki, qocalmışam mən"
Canım Bacım Amalya xanım Kərimovanın yubileyi münasibətilə!!!
Həyatı dəyişən bəndə deyilmiş,
Tanrının hökmüymüş yaşamağımız.
Cahan mülkündə də nəsibimizdi,
Bu adı şərəflə daşımağımız.
Nakam olanların yeri görünməz,
Hisslər ağlamadı olsa da, xəstə.
İnsan qocalmır ki, qərib dünyada,
Yaşı, təcrübəsi gəlir üst-üstə.
Sınaqdan keçdikcə kamilləşirmiş,
Bəşər xislətliymiş bəşər övladı.
Şairlər qadının eşqiylə axı,
Tanıdı qoruxunu, tanıdı adı.
Əsən küləyin də insafı varmış,
Mən hələ dağlardan söhbət açmadım.
Yubiley günündü bu gün də Sənin,
Mən körpə olanda məgər qaçmadım?!
ƏZRAYIL qapımı döyənə qədər,
Sən mənim əbədi cavan Bacımsan!
Yaşda, təcrübədə böyüksən, amma,
Qardaşın halına yanan Bacımsan!
Qəlbində doğualn hissdən, duyğudan,
Mənim bu dünyada xəbərim varmış.
Qapıtək üzümə hər gün açılan,
Məşhər gününəcən səhərim varmış.
Kənanın qəlbində yerin var Sənin,
Amma demədin ki, ucalmışam mən.
Vaqif qardaşımla ömür yolunda,
*Sən mənə dedin ki, qocalmışam mən.
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Bakı şəhəri. 2 iyul 2022-ci il.
*Amalya xanım Kərimova nəzərdə tutulur, müəllif yox.