Kənan AYDINOĞLU."Gərək ürək göndərəydim..."
TAİM-in əməkdaşı, təcrübəli təlimçi,
Sevimli Müəlliməm Aysel xanım Balaşovaya
ALLAH dərgahından Sizə,
Gərək mələk göndərəydim.
Ayağın altına mən də,
Gərək külək göndərəydim.
Tanrı nur səpər gözünə,
Baş də əyirəm özünə,
Hər kəlmənə, hər sözünə,
Gərək ürək göndərəydim...
Kənan AYDINOĞLU yatıb?!
Bəndəmi muraza çatıb?!
Qəlbimdən qoparıb, atıb,
Gərək dilək göndərəydim.
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Bakı şəhəri. 26 iyun 2022-ci il.
Sərh yazmaq