Kənan AYDINOĞLU."Körpətək sevinirəm görəndə Sizi, Müəllim!"
Körpətək sevinirəm görəndə Sizi, Müəllim!
TAİM-in əməkdaşı, təcrübəli təlimçi,
Sevimli Müəlliməm Aysel xanım Balaşovaya
Bu ömür yollarında çapaladıq quş kimi,
Qayıtmadı geriyə yaddaş özü huş kimi,
Yumaydıq gözümüzü meşədə bayquş kimi,
Həyata qaytaran Siz, yenə də bizi, Müəllim!
Əməldən peşman Sultan SƏLİM imiş dünyada,
Ən gözəl bəşər-qadın, həlim imiş dünyada,
Əbədi tarix yazan MÜƏLLİM imiş dünyada,
Tanrı Özü unutmaz silinməz izi, Müəllim!
Qanadlanıb uçacaq insan neçə alqışdan,
İnsan buza dönərmiş bir gün nurlu baxışdan,
Nə küləkdən qorxaydım, nə də yağan yağışdan,
Körpətək sevinirəm görəndə Sizi, Müəllim!
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Bakı şəhəri. 26 iyun 2022-ci il.
Sərh yazmaq