Kənan AYDINOĞLU."Böyüdün bir az"

Yazdı ATILLA, 7-06-2022, 09:00, в Edebiyyat


Minayə bibinin dilindən ilk nəvəsi Tunar üçün 

Laylan-ilk nəğmən,
BeşikdəSən Sən.
Bir qalasan ki,
KeşikdəSən Sən.

Nazını çəkər,
Mələklər Sənin.
Könlün oxşayar,
Küləklər Sənin.

Çiçəyə döndün, 
Şehli çəməndə.
ƏrSən, İgidSən,
Ulu Vətəndə.

Qoç Koroğlunun,
Misri qılıncı.
Qoruyar Səni,
İslam inancı.

Gözəl dünyada,
Bahar fəsli-yaz.
Tunar, bu gün də,
Böyüdün bir az.

Dərin hörmət və ehtiramla,

Kənan AYDINOĞLU,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

Bakı şəhəri. 6 aprel 2022-ci il.

Sərh yazmaq