Kənan AYDINOĞLU."Tunar, xoş gəldin, xoş gəldin!"

Yazdı ATILLA, 7-06-2022, 08:00, в Edebiyyat


 

 

Minaya bibinin dilindən ilk nəvəsi Tunar üçün 

Çiskin qovar dağlarda çən,
Nigaran qalan mənəm, mən, 
Ömrün yarı yolunda Sən,
Tunar, xoş gəldin, xoşgəldin!

Məcnun aşiqmi Leylaya?!
Buta gətirər röyaya,
Göz açıb gözəl dünyaya, 
Tunar, xoş gəldin, xoşgəldin!

Dünya gözəl, həyat ucuz, 
Sənə sevgim, arzum sonsuz, 
Göy səmadan dərəm ulduz, 
Tunar, xoş gəldin, xoşgəldin!

Eşqin ilə yanan gözəl, 
Səni əziz sanan gözəl, 
Atan gözəl, Anan gözəl, 
Tunar, xoş gəldin, xoşgəldin!

Oxuyum layla beşikdə, 
Yatasan evdə, eşikdə,
Nənən duracaq keşikdə,
Tunar, xoş gəldin, xoşgəldin!

Dərin hörmət və ehtiramla,

Kənan AYDINOĞLU,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

Bakı şəhəri. 19-20 mart 2022-ci il. 

Sərh yazmaq