Kənan AYDINOĞLU."Sən ki CÜMHURİYYƏT yadigarısan!"

Yazdı ATILLA, 28-05-2022, 07:00, в Edebiyyat



Xanıməfəndi Gülşən SADİQOVAnın doğum günü münasibətilə!!!

 

Günlərin içində gözəl gün varmış,

Bəndənin gözünü açdığı gündü.

Ananın bətnindən ayrılıb axı,

Zülmətdən dünyaya qaçdığı gündü.

 

Cavanlar bir kərə heyrətə gəldi,

Toy, məclis quruldu qoca dünyada.

Qadınlar-bu ömrün bəzəyi ikən,

Tanrı unutmadı hoca dünyada.

 

Şehli çəməndəki gülün, çiçəyin,

Ətri də qadına ola bilməz tay.

Ömür-gün ötdükcə başqaymış həyat,

Taleymiş göndərən bizə sevgi-pay.

 

Nazlı yerişini, işvəsini də,

Çəkibdi müqəddəs qələmə şair.

Sevgi dünyasında Şah olan gündən,

Bağlandı Əsliyə, Kərəmə şair.

 

Qonar dodağına gülüş zümrüdtək,

Siyah tellərin də düşdük sehrinə.

Gərək ki, bu dünya yazaydı fərman,

Məşhər gününəcən qadın xeyrinə.

 

QadınSan, ey GÜLŞƏN, Sənin sevincin,

Sığmaz kitaba da, sığmaz sözə də.

Həyat sevməyin-Xoşbəxtliyinkən,

Nə qədər baxmışam mən o gözə də.

 

Sevincli hər günün mübarək olsun!

El qızı, ellərin nəğməkarıSan!

Böyük öndərimiz RƏSULZADƏYKƏN,-

Sən ki "CÜMHURİYYƏT yadigarıSan!".


Dərin hörmət və ehtiramla,

Kənan AYDINOĞLU,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

Bakı şəhəri. 28 may 2022-ci il.

Sərh yazmaq