Kənan AYDINOĞLU."Xürrəmi-şad eylədin"

Yazdı ATILLA, 17-05-2022, 08:00, в Edebiyyat

 

Əfəndim Xanım Əliyevaya sevgi və sayqılarla!!!

 

Vaxtın gerisi yoxdu, 

Taleyin qismətiymiş, 

Ömrü boyu yaddaşım,

Silə bilməz adını.

Ulu Tanrı qorusun,

Sadəlikdə bənzərsiz,

Əxlaq-İman Sahibi, 

Sənintək bir qadını.

 

Gözlərində bir kərə,

İstəmərəm qəm görüm.

Gözəllik ŞAHZADƏSİ,

Sirli bir aləm görüm.

 

Məşhərəcən qələmim,

Hüzurunda lal olmuş.

Sənin "Can" deməyin də,

Ən şirin bir bal olmuş.

 

Yaz fəslini gözləməm,

Gözündə dünya varkən.

Hər sözündə, kəlməndə,

İlahi-məna varkən.

 

Əfəndim, bu gün məni,

Xürrəmi-şad eylədin.

Gül kimi gül sözünlə,

Şairi yad eylədin.


Dərin hörmət və ehtiramla,

Kənan AYDINOĞLU,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

Bakı şəhəri. 10 may 2022-ci il.

Sərh yazmaq