Kənan AYDINOĞLU."Neftçala gözəli, ƏfəndimSən Sən!"
Əfəndim Əliyeva Xanım Elşad qızına sevgi və sayqılarla!!!
Dəyişən dünya yox, bəndələr imiş,
Qəlbə nifrətimi səpdi bu həyat?!
Əzəldən beləymiş hökmü Tanrının,
"Quran"-Rəhbər ikən, İnsan-amanat.
Görünmək istədi səmimi insan,
Gözündən sezildi könlündə yatan.
Dan yeri söküldü, qürub çağında,
Tək günəş deyil ki, dünyada batan.
Doğuldu əqidə, doğuldu məslək,
Hər kəs bir amala eylədi xidmət.
Qədimi zamandan üzü bəriyə,
Atalar sözü də oldu bir hikmət.
Yadlar doğmalaşdı, doğma yad oldu,
Çəkildi qınına hər kəs özüyçün.
İndi cavabdehlik daşıyanmı var,
Dilindən tökülən hər kəs sözüyçün?!
Bircə dəyişməyən Sən oldun, Xanım,
Keçdin suçumdan da gör neçə dəfə.
Qəlbin genişliyi tanımır sərhəd,
Mən həyat yolunda verdikcə səhvə.
Məkkə, Mədinədən gözəlSən, inan,
Hüsnünə heyranmış günəş də, ay da.
Müqəddəs qələmim Səninçün yazar,
Yuyacaq üzünü çeşmə də, çay da.
Bulaq başından da qayıdan qızlar,
Sənin dırnağının tozu olamaz!
Sən gənclik çağında-Özün Anasan,
Sənintək bir yoldaş kimsə bulamaz!
Bir az utanmağam, körpə kimi mən,
Qəlbimdə əbədi yerin var Sənin!
"Canım, ÜrəyimSən!" desəm, doğrudu,
Nəğəməyə çevrilən şerin var Sənin!
Doğma bir diyarda-AZƏRBAYCANDA,
Ulu bir torpaqmış-hər izin Sənin!
Əbədi ŞAHZADƏ olmağın da var,
Oxşayır könlünü dənizin Sənin!
Kitaba sığmaz ki, haqqında yazsam,
Səni düşündükcə kövrəlirəm mən.
Yaxşı ki, Sən varSan, həyatımda da,
Neftçala gözəli, ƏfəndimSən Sən!
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü
Bakı şəhəri. 27 mart 2022-ci il.
Sərh yazmaq