Kənan AYDINOĞLU."Ürək də şad olarmı, de?!"

Yazdı ATILLA, 17-05-2022, 06:00, в Edebiyyat


“BAKU COSTUMS WORKS” MMC-nin əməkdaşı, Sərxan ABİMƏ!

İstədim bənzəyəm Sənə,

Şöhrət-şan ad olarmı, de?!

Çiçək ətirli günlər var,

Belə də dad olarmı, de?!

 

YUNUS, MÖVLANAYla-pirmiş,

TÜRK OĞLU meydanda şirmiş,

QAZAX, AĞSTAFA-birmiş,

Qardaşlar yad olarmı, de?!

 

Ruhum zindan götürməz,

Cənnətə bəndə ötürməz,

Mələklər ömrü bitirməz,

Söz də qanad olarmı, de?!

 

Dağları da aşmadımsa,

Sellər kimi coşmadımsa,

Bircə nəğmə qoşmadımsa,

Bu da həyat olarmı, de?!

 

Uğrunda bir gün ölməsə,

Sevincini də bölməsə,

Qardaş qardaşı görməsə,

Ürək də şad olarmı, de?!


Dərin hörmət və ehtiramla,

Kənan AYDINOĞLU,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

Bakı şəhəri. 16 may 2022-ci il.

 

 

 

Sərh yazmaq