Kənan AYDINOĞLU."Balıqlar dənizdə, çayda boğulmaz!"
«Caspian Broker» MMC-nin əməkdaşı, yüksək əxlaq və iman sahibi,
Xanıməfəndi Həsənova Aynurə üçün
Ömür varaqlanan kitab kimiymiş,
Bir gün oxunacaq-taleyin işi.
Xoşbəxtlik arayar qoca dünyada,
Qəbir evinəcən qadınla kişi.
Bürclər də gələcək köməyə hər an,
Ulduz olmasa da, insan həyatı.
Sevgi dünyasına baş vursun deyə,
YARADAN xəlq etdi gözəl həyatı.
Təmənna ummamaq-gözəl xasiyyət,
Sənin əxlaqına söz ola bilməz.
Gözlərin içində göz aramadım,
Gözündə sevgiyə göz ola bilməz.
Yollar ayrıcında əl uzadan SƏN,
Həyan olmağında başqa bir aləm.
İstərəm dodağın gülsün dünyada,
Yadıma düşməmiş ƏSLİYLƏ KƏRƏM!
AYNURƏ, bilirəm, bürcün balıqdı,
Balıqdan gözəlsən, dənizdən təmiz.
Mənim ünsürüm də su imiş, şükür,
Hər sözün səmimi, hər kəlmən əziz.
Əqrəbəm, sancmağa zəhərim yoxdu,
Suda boğulmağa cürətimmi var?!
Balıq da, xərçəng də-ən gözəl bürcmüş,
Tablolar içində surətimmi var?!
Doğmanın, yadın da yanında ikən,
Yoldaşa yoldaşsan, həyan var Sənin!
Doğma el-obanın ən gözəli SƏN,
Ələnsin gözünmə dümağ qar Sənin!
Məşhər gününəcən gözəl dünyada,
Sənin təki bir gözəl bir də doğulmaz!
Bir şeyi anladım görüncə SƏNİ,
Balıqlar dənizdə, çayda boğulmaz!
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bakı şəhəri. 15 fevral 2022-ci il.