Kənan AYDINOĞLU."Sənin də qapını döyəcək sevgi"
Böyük bacım İsgəndərova Eleonora Nadir qızı üçün
Köhnə xatirələr yazılacaqmış,
Mənim dəftərimə kitabım kimi.
Tanrının oyunu başlamadı ki,
Bitsin bu səhər də cavabım kimi.
Dünyanın düzəni dəyişdi yenə,
Həyat axarını dəyişəcəkmi?!
Xeyir-şər nağılı yadıma düşdü,
Görəsən, sevənlər görüşəcəkmi?!
Bir körpə ağlasa, beşik başında,
Görəsən, dünyanın qulağı karmı?!
Gileyli olmağa can da yetərmiş,
Baxt yazan ALLAHdı, yazdıran varmı?!
"Şükür!" eşitmişəm həyatım boyu,
Bəndənin mən də ki dilində, ALLAH!
Bu ömür yolunda baş əymək varmış,
Qadının hüsnünün önündə, ALLAH!
Həm kişi, həm qadın-SƏNİN əsərin,
Pozmaz ki, bu əhdi təbiət belə.
SƏN yaşat, ay ALLAH, sevən hər kəsi,
Gözəllər çəkincə sığalı telə.
Cəhənnəm özü də Cənnət olacaq,
Bəndələr qucanda Ana torpağı.
Qadındı hər dəfə gözəl dünyada,
Könlünün həmdəmi, yanan çırağı.
Qaynana sevən var, sevməyən də var,
Gördüm bu həyatda çətini mən də.
Çəkdin keşiyini gözəlliyinlə,
Dostların, qohumun qardaşın Sən də.
Öyrədən Sən oldun, Haqqı görməyi,
Hər sözün, hər kəlmən-bir incin Sənin.
Sən gəlin olassan, ELEONORA bil,
Sığmaz bu dünyaya sevincin Sənin.
Sevgidi dünyadı ən gözəl hiss də,
Tilsimə düşməyin çarəsi hanı?!
Qapını döyəcək Sənin də sevgi,
Sən öz taleyini, baxtını tanı!
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bakı şəhəri. 30 dekabr 2021-ci il.
*Bu şeir "Baku Customs Works" MMC-nin əməkdaşı, RÜSTƏM ABİMİN sifarişi əsasında yazılmışdır.