Kənan AYDINOĞLU."Həyatdan möcüzə gözləyən qadın"

Yazdı ATILLA, 29-12-2021, 15:00, в Edebiyyat

 


Sirlə, sehrlə dolu dünyanın özündə gözəllik axtarışına çıxıb, möcüzələrə inanan, dəyərlim Surə Balayeva üçün

Ömür-gün kitaba bənzədiləndə,
Oxumaq olmadı yazılan baxtı.

Dünyanın sehrinə çıxmaq gözəlmiş,
Möcüzə aradın Sən gənclik vaxtı.

Yeni il gətirər sevən hər kərə,
Ya sevinc, ya da ki, qəm qarışıq, qəm.
Qadının gülüşü ağladır sözü,
Qoşa yaradılıb Cənnət, Cəhənnəm.

Mən necə deməyim, gördüyümü də,
XoşbəxtSən, bilirəm, HAQQ deyən səsi.
Şaxta baba kimi qar qız bu səhər,
Gözləyər ürəkdən gülən hər kəsi.

Nağıl danışdılar körpə olanda,
İnandıq əzəldən xeyirə, şərə.
Sənin gözlərində sevgi var deyə,
Əridə bilərsən buzu bir kərə.

Həyatsevərliyin-Xoşbəxtliyinmiş!
Umarım, SƏN bunu bilirSən özün.
Gizlədə bilməzSən xoşbəxtliyini,
Çün SƏNİN sözünü söyləyir gözün.

Daha oxunmağa qalmadı kitab,
Üstünü toz örtdü, qaldı rəfdə də.
Özüm şahid oldum, göz sevgisinə,
Səni seyr etdikcə mən bu həftə də.

Dünyada ən ali varqlıq SənSən Sən,
Tarixə yazıldı şərəfli adın!
Qapını döyəcək əbədi sevgi,
Həyatdan möcüzə gözləyən qadın!

Dərin hörmət və ehtiramla,

Kənan AYDINOĞLU,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.

Bakı şəhəri. 29 dekabr 2021-ci il.

Sərh yazmaq