Kənan AYDINOĞLU."Sehirli dünyanın sehrinə düşdüm..."
10 dekabr 2021-ci il tarixində Dövlət Gömrük Komitəsi tərəfindən keçirilən ixtisas attestatı imtahanında iştirak edən 75 namizəd arasında "70" bal toplayaraq 1-cilik qazanan yeganə bəyannaməçi, dəyərlim Surə Məmmədova üçün!
Köhnə yeniliyin əsiri olsun,
Hər günün uğuru yaddaşa köçər.
Yolumuz başladı ADƏMdən bəri,
Duman ayrılanda dağ daşa köçər.
Ömür-gün kitabmış yazılıb bir vaxt
Taleyin özü də qələmə dönsün.
Qadının gözündə sevgi, mərhəmət,
Yenə də sirli bir aləmə dönsün.
Yeni il qabağı küknar ağacı,
Gərək ki, qurula evdə, eşikdə.
Ulduz dəriləcək göy səmadan da,
Ağlasa, kirisə, körpə beşikdə.
Qışın sazağı yox, yayın istisi,
Günmü əridəcək dağdakı qarı?!
Məşhərə az qalıb, məhvər qopacaq,
Ötən günlər oldu, bu ömür yarı.
Şirin xatirəyə çevriləcəkmiş,
Dünən göz yaşı, bu günün sözü.
ALLAHa inam var, “Quran”a iman,
Görən, nə gizlədib taleyin özü?!
Gözündə sevginin söndürməsin kaş,
Dünyanın ağrıcı, acısı, SURƏ!
Əzəldən döyüşən xeyir, şər oldu,
Həyatmı dünyanın bacısı, SURƏ?!
Xizəyim yox, amma bu səhər mən də,
Dağlara ələnən qarda sürüşdüm.
Sənin gözlərinə baxıb bir kərə,
Sehirli dünyanın sehrinə düşdüm...
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.
Bakı şəhəri. 21 dekabr 2021-ci il.
Sərh yazmaq