Kənan AYDINOĞLU."Canın bir parçası qardaş olanda…"

Yazdı ATILLA, 14-12-2021, 10:00, в Edebiyyat

 

Canın bir parçası qardaş olanda…
Bakı Baş Gömrük İdarəsinin əməkdaşı, Xanıməfəndi Nəriminin HAQQA qovuşan qardaşı Ruslan Əfəndiyə!!!

Taleyin töhfəsi əzəldən belə,

Uşaqlar körpəykən dəli, ya dəcəl.

Gəlmişik dünyaya yaşamaq üçün,

Onu da çox bilir bizə bu əcəl.

 

Üyütdü dəyirman neçə buğdanı,

Yaxşını yamandan ayırammadı.

Sonucu ölümlü qoca dünyada,

Bəndəni zamanda ayırammadı?!

 

Nə qədər qapını döydü ƏZRAYIL,

Can aldı, apardı ALLAHa doğru.

Əgər bircə cana qıyırsa, dünya,

Mənim nəzərimdə bu dünya oğru.

 

Qardaşın, bacının-doğma hər kəsin,

Məzarı başında ağlamaq varmış!

Əbədi mənzilin ünvanı-ALLAH,

Ürəkdə nisgil də saxlamaq varmış!

 

Məşhərdən öncə də HAQQ günə qədər,

Gərək yaşayasan yaşayan üçün.

Gözünə ələnsə, qəm, kədər Sənin,

Dəyişər gözündə bu dünya bütün.


Canın bir parçası qardaş olanda…

Ağırdı, bilirəm, yaşamaq yenə.

Bizim təsəllimiz buymuş, görünür,

Qüssəni ürəkdə daşımaq yenə.

 

Dərinhörmətvə ehtiramla,

KənanAYDINOĞLU,

AzərbaycanYazıçılarvə JurnalistlərBirliyinin üzvü.

Bakı şəhəri. 14 dekabr 2021-ciil.

Sərh yazmaq