Kənan AYDINOĞLU."Kitabdan danışdın ürəkdolusu"

Yazdı ATILLA, 14-12-2021, 08:00, в Edebiyyat

 

Dəyərli həmkarım Hilala xanım üçün!

 

“Mənim nəzərimdə, mənim gözümdə,

Ən ali varlıqdı qadın dünyada!”.

Müəllif.

 

Ömür yollarında xeyir, şər də var,

Gərək sınanasan həyatın boyu.

Əgər yazılıbsa, baxta, taleyə,

Bəndə görəcəkmiş nişanı, toyu.

 

Gözəllik gözündə gözəldən gözəl,

Sehrinə düşəsən gözəlliyin də.

Şirin sözün qədər doğma kəlmələr,

Yaraşır hüsnünə, gözəlliyində.

 

Səmimi gülüşün, səmimi sözün,

Yayılar ürəyə bir fincan çayla.

Mən rəssam olmadım, amma tabloya,

Çəkərdim rəsmini bircə fırçayla.

 

Şair dostlarımı görmürəm daha,

Ağladım, bir kərə gözü sildimmi?!

Hərdən düşünürəm özüm-özümə,

Mən öz taleyimi yaza bildimmi?!

 

Müqəddəs qələmdi mənim əlindən,

Tutub körpə təki HAQQA aparan.

Şair ilhamım da yerində ikən,

Şeirdi, misradı fəryad qoparan.

 

Bir kitab hədiyyən oldun Sənin də,

Üzünü yumağın bircə yolu-su.

Yeganə qadınsan gözəl dünyada,

Kitabdan danışdın ürəkdolusu.

 

Dərin hörmət və ehtiramla,

Kənan AYDINOĞLU,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.

Bakı şəhəri. 14 dekabr 2021-ci il.

Sərh yazmaq