Kənan AYDINOĞLU."Lövhəyə yazılan yaddaşa köçər"

Yazdı ATILLA, 9-12-2021, 15:50, в Edebiyyat

 

 

Dövlət Gömrük Komitəsinin əməkdaşı, hər bir tələbəsinə can yandıran, doğmalıq göstərən

Sevimli Müəllimimiz Adil Muradova dərin minnətdarlıq hissi ilə!!!

 

Parta arxasında əyləşməyin var,

Vaxt oldu dünyada mütəllim oldun!

Dünən öyrəndim ki, yaşda məndən də,

kiçiksən, amma Sən Müəllim oldun!

 

Şagirdlər içində SevimliSən Sən,

Hər yaşın özünün gözəlliyi var!

Mənim nəzərimdə qərib dünyada,

Sənintək dostun da özəlliyi var!

 

Özün bilirSən ki, hörmət, ehtiram,

Saxlamaq gərəkdi öyrədən kəsə.

Çalışdım bir-iki misra yazam mən,

Çıxmamış bu gün də yadımdan nəsə.

 

Gənclik çağlarının varmı əvəzi?!

Taleyin özü də güləcək üzə.

Yanlışı-yalanı unutmaq olar,

Doğrunu satmayaq yalanlı düzə.

 

Öyrətmək, öyrətmək, bir də öyrətmək,

Əzəldən ilk peşə oldu həyatda.

Bilirəm, təcrübən var Sənin yenə,

Qalmadı bir kərə gözün saatda.

 

Kitaba əl çəkib, kitab yazanda,

Sarılsan, qələmə neçə qat olar.

Vicdanın təmizdi ürəyin kimi,                                                                  

İnsafdan dərs keçsən, dünya mat olar!

 

Günəşə boylanan sübh çağı bu gün,

Şahidi oldum ki, Mavi Xəzərmiş!

Lövhəyə yazılan yaddaşa köçər,

Gülüşün üzündə, sözün kəsərmiş!

 

Dərin hörmət və ehtiramla:

Kənan AYDINOĞLU,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

Bakı şəhəri. 9 dekabr 2021-ci il.

Sərh yazmaq