Kənan AYDINOĞLU."Durmadın uzaqda, gendə, Bayrağım!"

Yazdı ATILLA, 8-12-2021, 08:00, в Edebiyyat

 

"Böyük Öndərimiz Rəsulzadədən,

Yadigar qalıbsan, Bayrağım mənim!!".

Müəllif.

 

Cümhuriyyət dövründən bu günə qədər,

Durmadın uzaqda, gendə, Bayrağım!

Bu xalqın şanlı şanlı bir tarixi Sənsən,

Hər gün dağlalandın sən də, Bayrağım!

Dünyaya boylanan o üç rəngini,-

Öpmək istəyirəm mən də, Bayrağım!

Önündə diz çöküb, hörmət bəsləyər,

Duman da, bulud da, çən də, Bayrağım!

Çətin günlərimiz geridə qaldı,

Keçibdi ömrümüz şən də, Bayrağım!


Kənan AYDINOĞLU,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. 

Bakı şəhəri. 9 noyabr 2019-cu il.

 

Sərh yazmaq