Kənan AYDINOĞLU."Səmimi sözün də ürəyimdədi!"

Yazdı ATILLA, 7-12-2021, 09:00, в Edebiyyat


 

 


Dəyərli Yevray qardaşım Elmir üçün!

 

Bəlkə də, həyatın bəndəylə, ALLAH,

İşi yox, qərəzi unudacaqmış?!

Başına çəkəndə sığal göz yaşı,

Yoxsamı yellər də qurudacaqmış?!

 

Ömür-gün bitməzmi sevinc qarışıq,

Döyəndə qapını kədər bir kərə?!

Gərək ki, tutasan qılıncı Sən də.

Qəbir evinəcən xeyirə, şərə.

 

Taleyin baxtı da yazan qələmi,

Yummazmı gözünü keçincə gecə?!

Bəndəni böyüdən dünya deyilmiş,

Seçdin yaxşını da Sən söylə necə?!

 

Çəkər tərəzitək gözün hər kəsi,

Sən özün görürsən həyatı, qardaş!

Qıcamaz dişini Tanrı bəndəyə,

Düşəcək yadıma bayatı, qardaş!

 

Hələ Sən kitabı* varaqlayanda,-

Mənim nəzərimdə dəyişdi dünya!

Sehrinə düşmüşəm gözəlliyin mən,

Nağıllar yazıldı, döyüşdü dünya!

 

Əridim buz kimi gözün önündə,

Dağlaara ələnən dumanam, çənəm.

Bu qoca dünyaya səhər sübh çağı,

Qəlbin aynasından boylanan mənəm.

 

Şair olmağım var, yenə həaytın,

Ağrısı, acısı kürəyimdədi!

Dünya dağılacaq qərib dünyada,

Səmimi sözün də ürəyimdədi!

 

Kənan AYDINOĞLU,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Bakı şəhəri. 6 dekabr 2021-ci il.


*Kənan Aydınoğlunun müəllifi olduğu “Ömrün yarı yolunda” (Bakı, 2010) kitabına işarədir

Sərh yazmaq